Yeddinci sinif şagirdi vəfat edib - FOTO

Yeddinci sinif şagirdi vəfat edib - FOTO Hadisə

Qusar rayonunda məktəbli qız vəfat edib.

News24.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, şəhər 4 nömrəli tam orta məktəbin 7 A sinif şagirdi Naida Namiq qızı Yarəhmədova dünyasını dəyişib.

Leykoz xəstəliyindən əziyyət çəkən məktəblinin bir neçə gün öncə vəziyyəti pisləşib. O, paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.

Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbli ötən gün Qusar şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!



Yeddinci sinif şagirdi vəfat edib - FOTO