"Yeni Bakı yaşayış massivi"ndə yanğın: - ölən var
Hadisə
Abşeronda baş verən yanğında 1 nəfər ölüb.
News24.az APA-ya istinadla xəbər verir ki, hadisə "Yeni Bakı yaşayış massivi"ndə qeydə alınıb.
Yanğın nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) ölüb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.