Yevlaxda dəhşətli hadisə - 42 yaşlı kişi yanaraq öldü

Yevlaxda dəhşətli hadisə - 42 yaşlı kişi yanaraq öldü Hadisə

Yevlax rayonunda sərxoş halda yanıq xəsarətləri alan şəxs vəfat edib.

News24.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Sakit Ələkbərov bir neçə gün əvvəl yaşadığı evdə sərxoş halda yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Yaşar Araz