Yevlaxda kafe yandı: xəsarət alan var – Yeniləndi
Hadisə
Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.
Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.
Faktla bağlı araşdırma aparılır. (APA)
**
Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.
News24.az-ın xəbərinə görə, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.