Yola çıxan at ağır qəzaya səbəb oldu - Foto

Yola çıxan at ağır qəzaya səbəb oldu - Foto Hadisə

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.

Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.

Atın maşına çırpılmasından sonra “VAZ” hərəkətdə olan yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Yola çıxan at ağır qəzaya səbəb oldu - Foto Yola çıxan at ağır qəzaya səbəb oldu - Foto Yola çıxan at ağır qəzaya səbəb oldu - Foto