Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü Hadisə

Zaqatalada avtomobilin vurduğu piyada ölüb.

News24.az xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.

Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada - 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Report)