Zaqatalada azyaşlının üzərinə qaynar su töküldü

Zaqatalada azyaşlının üzərinə qaynar su töküldü Hadisə


Zaqatalada üstünə qaynar su tökülən 1,5 yaşlı uşaq yanıq xəsarətləri alıb. 

News 24.az xeber verir ki, 03.112023-cü il təvəllüdlü Zaqatala şəhər sakini Xalid Yusubov bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləriylə  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.

Müayinə zamanı azyaşlının yaşadığı ünvanda ehtiyatsızlıqdan üstünə qaynar su tökülərək 2-ci dərəcəli termiki yanıq xəsarətləri aldığı məlum olub.

X. Yusubovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.