Zaqatalada bir ailənin 4 üzvü qazdan zəhərləndi
Hadisə
Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.
Beləki,1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Polad oğlu Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Polad qızı Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Müayinə zamanı onların qazdan zəhərləndiyi çəlum olub. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.
Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Unikal)