Zaqatalada DƏHŞƏT: - fəhlə özünü...
Hadisə
Zaqatalada intihar hadisəsi baş verib.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə rayonun Dardoqqaz kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətindəki talvardan özünü asıb.
Onun asılmış meyitini ailəsi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Ö. Makarov fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.