Zaqatalada maşın aşdı - Ölən var
Hadisə
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
News24.az xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Zaqatalanın Çobankol kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 50 yaşlı Zaqatala sakini Əli Osmaov ağır xəsarət alıb. O, xəstəxanaya çatdırlıb və müayinə zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./APA/