Zaqatalada qəza: yaralılar var – Yeniləndi - Video

Zaqatalada qəza: yaralılar var – Yeniləndi - Video Hadisə

Zaqatalada baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, xəsarət alanlar rayonun Yuxarı Tala kənd sakinləridir.

“Changan” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudov və “VAZ 2106” markalı avtomobilin sürücsü Nadir Nərman oğlu Mustafayevdi.

**

Zaqatalada Yeni ilin ilk günü yol qəzası baş verib, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib. Hərəkətdə olan minik avtomobilləri toqquşub.

Qəza zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü və srnişin xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriblər.

Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.