Zaqatalada yol qəzasında 2 nəfər xəsarət aldı

Zaqatalada yol qəzasında 2 nəfər xəsarət aldı Hadisə

Zaqatalada avtomobil piyadanı vurub, daha sonra yol kənarında dayanan avtomobilə çırpılıb.

News24.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobil yolu keçmək istəyən 63 yaşlı Tərlan Şabanovu vurub. İdarəetmədən çıxan avtomobil yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Xəsarət alan T. Şabaov və avtomobildə olan sərnişin, 70 yaşlı Xalidə Əliyeva Zaqatala Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. // APA