Zaqataladakı qəzada xəsarət alanların SON DURUMU

Zaqataladakı qəzada xəsarət alanların SON DURUMU Hadisə

Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, martın 30-da saat 16:40 radələrində Zaqatala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1-i qadın, 4-ü kişi) Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. 1 nəfərin vəziyyəti ağır stabil (kişi), digər 4 nəfərin vəziyyəti (1-i qadın, 3-ü kişi) isə stabil olaraq qiymətləndirililir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, baş vermiş qəzada kənd sakini, Ülfət İsmayıl oğlu Qurbanov həlak olub.