Zərdabda birmərtəbəli ev - KÜLƏ DÖNDÜ

Zərdabda birmərtəbəli ev - KÜLƏ DÖNDÜ Hadisə
Zərdab rayonunun Nəzəralılı kəndində ümumi sahəsi 220 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə birmərtəbəli ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.