Zərgərlik mağazasına silahlı hücum - ANBAAN VİDEO
Hadisə
İstanbulda iki naməlum şəxs motosikletlə küçəyə gələrək zərgərlik və mobil telefon mağazasına hücum edib.
News24.az xəbər verir ki, polis qrupları hadisə yerinə sövq edilib. Prospekt polis qrupları tərəfindən vasitə və piyada trafikinə bağlanıb.
Hadisə yerində aparılan araşdırma zamanı ümumi 7 güllənin iki iş yerinə dəydiyi görülüb.
Hücum anı iş yerinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda maska taxan iki nəfərdən birinin motosikletlə küçəyə gələrək iş yerlərinə silahla atəş açdığı, telefonla danışan və səkidə gedən bir şəxsin özünü yerə ataraq qaçdığı görünür.
Polis hadisə yerindən qaçanları tutmaq üçün əməliyyata başlayıb.
Günel Məlikzadə