Zibillikdə otarılan mal-qara və evlərə dolan dözülməz qoxu: Masazırda antisanitariya - VİDEO

Zibillikdə otarılan mal-qara və evlərə dolan dözülməz qoxu: Masazırda antisanitariya - VİDEO Hadisə

Masazır qəsəbəsinin sakinləri yol kənarına atılan məişət tullantılarından şikayət edirlər. Sakinlərin bildirdiyinə görə, ərazidə yaranan kəskin qoxu artıq yaşayış evlərinə qədər yayılmaqdadır. Vəziyyəti daha da gərginləşdirən məqam isə bəzi şəxslərin mal-qaralarını həmin əraziyə gətirərək, heyvanları zibillikdəki qida qalıqları ilə qidalandırmasıdır. Bu hal ərazidə ciddi antisanitar mühit yaradıb.

Şikayətçilər problemin illərdir həllini tapmadığını vurğulayırlar. Məsələ ilə bağlı Masazır Bələdiyyəsindən bildirilib ki, zibilliyin yaranmasına əsas səbəb vətəndaşların tullantıları müəyyən olunmamış yerlərə atmasıdır: “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, eyni hal təkrarlanır”.

Mövzu ilə bağlı daha ətraflı RTV-nin süjetində: