Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı Hadisə

Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1975-ci il təvəllüdlü Sərvər Cabbarzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Faktla bağlı araşdırma aparılır. // APA