Zərdabda “Prius” aşdı - Baba və 2 yaşlı nəvə öldü - Yeniləndi

Zərdabda “Prius” aşdı - Baba və 2 yaşlı nəvə öldü - Yeniləndi Hadisə

Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.

Məftun Məmmədovun sükanı arxasında olduğu “Toyota Prius”un idarəetmədən çıxaraq aşması nəticəsində onun atası İntiqam Məmmədov həlak olub.

Hadisə nəticəsində sürücünün oğlu 3 yaşlı Tunar Məmmədov da vəfat edib.

Qəzanı törədən M. Məmmədovun müğənni olduğu bildirilir.

****

14:46

Dekabrın 9-da saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Zərdabda “Prius” aşdı - Baba və 2 yaşlı nəvə öldü - Yeniləndi Zərdabda “Prius” aşdı - Baba və 2 yaşlı nəvə öldü - Yeniləndi