“2017 kimi olacaq” dedi, "Qarabağ" cavab verdi – Video
İdman
“Qarabağ” – “Çelsi” matçı öncəsi azarkeşin dediyi nəticə sosial şəbəkələrdə gündəm olub. Belə ki, türkiyəli idman jurnalistlərindən biri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində səfərdə keçirilən “Qarabağ” – “Çelsi” oyunu ilə bağlı azarkeşlərdən nəticə proqnozu soruşub.
News24.az xəbər verir ki, rəqib komandanın azarkeşi suala cavabında “2017-ci ildəki nəticə kimi olacaq” deyib.
Lakin dünən baş tutan qarşılaşmanın yekunu azarkeşin təxminini alt-üst edib – Azərbaycan təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib. Bu, sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və “Qarabağ” azarkeşləri tərəfindən qürurla paylaşılır.
Qeyd edək ki, 2017–2018 mövsümündə “Qarabağ” və “Çelsi” iki dəfə qarşılaşıb – Londonda 6:0, Bakıda isə 4:0 hesabı ilə ingilislər qalib gəlmişdi.