22 ildən sonra ilk dəfə: Oyunu qadın hakim idarə edəcək

22 ildən sonra ilk dəfə: Oyunu qadın hakim idarə edəcək İdman

Türkiyə Super Liqasında 22 ildən sonra ilk dəfə oyunu qadın hakim idarə edəcək.

News24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, Asen Albayrak 26-cı turda keçiriləcək “Göztepe” – “Alanyaspor” oyununun baş hakimi təyin olunub.

Qeyd edək ki, Super Liqada sonuncu dəfə qadın hakim kimi Lale Orta 2004-cü ilin 8 may tarixində oyun idarə edib. O, daha əvvəl 1999-cu ildə keçirilən “Sakaryaspor” – “Ankaragücü” matçında da baş hakim olmuşdu.