Abdullah Zubirdən möhtəşəm nailiyyət

Abdullah Zubirdən möhtəşəm nailiyyət İdman

Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.

O, "Turan Tovuz"la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.