AFFA milli komandanın baş məşqçisi ilə vidalaşdı

AFFA milli komandanın baş məşqçisi ilə vidalaşdı İdman
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.