AFFA onun millidən uzaqlaşdırılmasının - səbəbini açıqladı

AFFA onun millidən uzaqlaşdırılmasının - səbəbini açıqladı İdman

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Ukrayna ilə keçirilən oyundan əvvəl komandadan kənarlaşdırılıb.

News24.az-ın sorğusuna cavab olaraq AFFA-dan bildirilib ki, futbolçu tam sağalmadığı üçün özünü yaxşı hiss etməyib. Bu səbəbdən o, təlim-məşq toplanışında vaxtında iştirak edə bilməyib.

Qeyd edək ki, Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda keçirilən Azərbaycan–Ukrayna oyunu rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xeyrənsə Piriyeva