AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi İdman

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.