AFFA-ya ötən il 30 milyon manat vəsait ayrılıb
İdman
“Hesabat ili AFFA üçün əlamətdar olub. Qurum 30 ildir ki, fəaliyyət göstərir. Futbol ictimaiyyəti ötən il Prezident İlham Əliyevin qayğısını görüb".
News24.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat Konfransında deyib.
Hacıyev ötən il dövlət tərəfindən ümumilikdə 30 milyon manat vəsait ayrıldığını söyləyib: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif olunmuşdu. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar milli assosiasiyanın bir qrup əməkdaşı da təltif edildi”.
Baş katib 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayının 10-a çatdığını xatırladıb: “Bu o deməkdir ki, regionlarda futbolun inkişafı davam etdirilir. Yığma komanda son beş görüşdə qələbə qazanaraq məzmunlu oyunu ilə bizi sevindirib. AVRO-2024-ün seçmə mərhələsində də qələbələrin ardının gələcəyinə ümid edirik”.
Məhərrəm Əliyev