Amorim ayrılıqdan sonra yenidən qayıda bilər

Amorim ayrılıqdan sonra yenidən qayıda bilər İdman

“Mançester Yunayted”dən ayrıldıqdan cəmi bir həftə sonra Ruben Amorimin yenidən Premyer Liqaya qayıda biləcəyi iddia olunur.

News24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis taktiki yanaşmasını dəyişməkdən imtina etdiyi üçün “Old Trafford”da 14 aydan sonra istefaya göndərilib. Buna baxmayaraq, keçmiş futbolçu Sol Kempbell Amorimin yaxın gələcəkdə “Tottenhem” üçün potensial baş məşqçi ola biləcəyini bildirib.

Qeyd olunur ki, Amorimin Premyer Liqaya qayıdışı artıq müzakirə mərhələsindədir.