Andrade məğlubiyyət haqda: "Uğursuzluq deyil"
İdman
"Qarabağ" klubunun oyunçusu Leandro Andrade İspaniyanın “Atletik” komandası ilə matçdakı məğlubiyyəti şərh edib.
News24.az xəbər verir ki, Andrade bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
"Əgər bunu təcrübə qazanmaq fürsəti kimi qəbul etsək, bu, uğursuzluq sayılmır", deyə o yazıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının səfər matçında “Athletik”ə (Bilbao) 3:1 hesabı ilə məğlub olub.
Ağdam klubunun yeganə qolunu Andrade vurub.