"Araz-Naxçıvan" Qara Qarayevdən sonra baş məşqçi ilə də yollarını ayırdı

"Araz-Naxçıvan" Qara Qarayevdən sonra baş məşqçi ilə də yollarını ayırdı İdman

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqaviləyə xitam verib.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

“Araz-Naxçıvan” PFK-nın İdarə Heyətinin iclası keçirilib. İclasda klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, E. Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024–2025-ci illər mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.