“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” “Şamaxı”nı qəbul edir

“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” “Şamaxı”nı qəbul edir İdman

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIV tura start veriləcək.

News24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.

Digər oyunda isə “Sumqayıt” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 14-15-də keçiriləcək.