“Arda Gülər komandada fərq yaradır"
İdman
“Real Madrid”ın baş məşqçisi Alvaro Arbeloa “Benfika” üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransında gənc oyunçu Arda Gülərdən danışıb
News24.az xəbər verir ki, çıxışı zamanı Arda Güləri tərifləyib.
“Onun kimi gənc oyunçu ilə işləməkdən çox qürur duyuram. Arda komanda üçün çox vacib hala gəlib və fərq yaradan oyunçudur”, – deyə Arbeloa bildirib.
Baş məşqçi matç barədə danışarkən bildirib ki, birinci hissədə həm çox yaxşı oynayıblar, həm də qol şansları çox olub:
"Rəqib bəzən risk etdi, amma komandamız güclü və çalışqan oyun sərgilədi. Bu, azarkeşlərin görmək istədiyi "Real Madrid" idi".
O, həmçinin sağ cinah oyunçuları Trent, Valverde və Arda Gülərin bir-birini tamamladığını və komandanın taktiki oyununu gücləndirdiyini vurğulayıb.