Arda Gülər “Real Madrid”də 100-cü oyununu qeyd etdi

Arda Gülər “Real Madrid”də 100-cü oyununu qeyd etdi İdman

Arda Gülər “Real Madrid”in heyətində 100-cü oyununa çıxıb.

News24.az xəbər verir ki, Türkiyə millisinin üzvü yubiley matçından sonra klubun televiziya kanalına açıqlama verib.

Gənc futbolçu çıxışını tamamilə ispan dilində edib və səlis danışığı ilə diqqət çəkib. O həm qələbəyə, həm də Madrid klubunun formasını 100-cü dəfə geyinməsinə görə böyük qürur hissi keçirdiyini bildirib.

Arda Gülər açıqlamasında deyib:

“Çox sağ olun. Qələbəyə və dünyanın ən yaxşı klubu olan "Real Madrid"in formasını 100-cü dəfə geyindiyimə görə çox sevinirəm. Bəli, bu gün həm də mənim ad günümdür. Hər şey üçün təşəkkür edirəm. Hala Madrid!”