Arda Gülər “Real Madrid”dən ayrılmır, "Arsenal"ın planı baş tutmadı
İdman
“Arsenal”ın Arda Gülərlə bağlı planı reallaşmayacaq.
News24.az xəbər verir ki, Türkiyə millisinin yarımmüdafiəçisi “Real Madrid”dən ayrılmaq istəmir.
“Levante” ilə oyunda meydana sonradan daxil olan Arda Gülər uğurlu çıxışı ilə diqqət çəkib. Bu performansdan sonra futbolçunun Madrid klubunu tərk etməsi ehtimalı xeyli azalıb.
“Sports Illustrated”in məlumatına görə, “Arsenal” baş məşqçi Mikel Artetanın istəyi ilə futbolçunun durumunu izləsə də, “Real Madrid” rəhbərliyi Arda Gülərə güvənir və onun transferinə razı deyil.