Arda Gülərin əvəzlənməsi “Real”da böhran yaratdı

Arda Gülərin əvəzlənməsi “Real”da böhran yaratdı İdman

“Real Madrid”in “Benfika”ya qarşı Çempionlar Liqası oyununda Arda Gülərin əvəzlənməsi qalmaqala səbəb olub.

News24.az xəbər verir ki, “Da Luz” stadionunda keçirilən görüşün 77-ci dəqiqəsində baş məşqçi Alvaro Arbeloa Arda Gülərin yerinə Brahim Diası meydana buraxıb.

Bu qərar gənc futbolçunun sərt reaksiyası ilə müşayiət olunub. Arda Gülər əvəzləndiyini gördükdən sonra narazılığını gizlətməyib, meydanı əsəbi şəkildə tərk edərək birbaşa ehtiyat oyunçular skamyasına yönəlib.

İspaniya mətbuatı Arda Gülərin həmin ana qədər komandanın ən aktiv və yaradıcı oyunçularından biri olduğunu, onun əvəzlənməsinin isə oyunun gedişinə mənfi təsir etdiyini yazır. Xüsusilə Vinisius və Bellingham kimi futbolçuların meydanda qalması fonunda bu qərar tənqid edilib.