Arda Gülərlə bağlı şok iddia: “Real Madriddə mobbinqə məruz qalır”

Arda Gülərlə bağlı şok iddia: “Real Madriddə mobbinqə məruz qalır” İdman

Arda Güləri kəşf edən Serhat Pekmezci milli futbolçunun “Real Madrid”də təzyiq və mobbinqlə üzləşdiyini iddia edib.

News24.az-ın məlumatına görə, Pekmezci bildirib ki, klub meqa komanda olsa da, Ardaya qarşı soyunma otağında müəyyən qrup tərəfindən təzyiq var. Onun sözlərinə görə, bəzi yüksək eqolu oyunçular gənc futbolçunu qəbul edə bilmirlər.

O həmçinin Ardanın səbirli olduğunu, lakin zaman-zaman “niyə həmişə mən?” deyə düşündüyünü bildirib.

Pekmezci əlavə edib ki, komandadakı gərgin atmosfer Yurgen Kloppun mümkün transferinə mane olub və Xabi Alonsonun ayrılmasını sürətləndirib.