Arda Gülər anasının ad gününü qeyd etdi - Fotolar
İdman
"Real Madrid"in futbolçusu Arda Gülər anasının ad günü münasibətilə sosial mediada paylaşım edib.
News24.az xəbər verir ki, gənc futbolçu uşaqlıq fotosunu paylaşaraq anasına olan sevgisini ifadə edib. O, paylaşımında “Səni çox sevirəm, ana, ad günün mübarək” sözlərini yazıb.
Paylaşım qısa zamanda sosial mediada böyük diqqət çəkib. Azarkeşlər də şərhlərdə Arda Gülərin anasını təbrik ediblər.