Arda Gülər ehtiyat oyunçular skamyasında qala bilər
İdman
"Real Madrid" klubunun yarımmüdafiəçisi Jude Bellingham zədədən sonra sağalma prosesinin son mərhələsindədir və onun tezliklə birbaşa əsas heyətə qayıdacağı gözlənilir.
News24.az xəbər verir ki, Bellingham hazır olduqdan sonra birbaşa start heyətində oynayacaq. Bu isə komandada müəyyən dəyişikliklərin edilməsinə səbəb olacaq.
Jurnalist Alberto Pereiro bildirib ki, Bellinghamın qayıdışından sonra ehtiyat oyunçular skamyasına düşəcək futbolçu Arda Gülər ola bilər.
Pereironun sözlərinə görə, məşqçilər heyəti Bellinghamı hazır olan kimi birbaşa əsas heyətdə oynatmaq istəyir və buna görə də Arda Gülər ehtiyat oyunçular skamyasında qalacaq.