Arda Güler "Real Madrid"də ilin bombardiri oldu

Arda Güler "Real Madrid"də ilin bombardiri oldu İdman

Arda Güler 2025-ci təqvim ilində “Real Madrid”in ən çox qol vuran 5-ci futbolçusu olub.

News24.az xəbər verir ki, gənc yarımmüdafiəçi məhdud oyun vaxtı almasına baxmayaraq, 8 qolla komandanın bombardirləri siyahısında yer alıb.

“Real Madrid”də 2025-ci ilin ən məhsuldar oyunçusu Kylian Mbappedir. Fransa millisinin üzvü 59 qolla siyahıya böyük fərqlə liderlik edir və Kriştiano Ronaldonun 2013-cü ildəki klub rekorduna çatıb. Vinicius Junior və Jude Bellingham hərəyə 13 qolla ikinci yeri bölüşür. Rodrygo 10 qolla dördüncü pillədə qərarlaşıb. Arda Güler isə 8 qolla beşinci sırada yer alıb.

Qeyd edək ki, mövsümün son mərhələsində Arda Güler daha çox müdafiə yönümlü rolda çıxış etdiyindən son oyunlarda qol göstəricisini artıra bilməyib.