Arda Gülər və Haland qarşılaşması gündəm oldu

Arda Gülər və Haland qarşılaşması  gündəm oldu İdman

"Real Madrid"–"Mançester Citi" matçında Arda Gülər ilə Erlinq Haland arasında yaşanan maraqlı anlar sosial şəbəkədə böyük rezonans doğurub.

News24.az xəbər verir ki, Çempionlar Liqasının oyunu zamanı 58-ci dəqiqədə meydana daxil olan Arda Gülərin künc zərbəsi epizodunda 1.95 metr boyundakı Halanda maneə olması kameralara tuş gəlib. Norveçli hücumçunun həmin an gülümsəməsi görüntüləri viral edib.

Real Madrid qarşılaşmada hesabı açsa da, matçdan 2:1 məğlub ayrılıb.