Arda Gülərlə bağlı inanılmaz iddia: "Real Madrid"dən ayrıla bilər

Arda Gülərlə bağlı inanılmaz iddia: "Real Madrid"dən ayrıla bilər İdman

“Real Madrid”in baş məşqçisi postuna əsas namizəd kimi göstərilən Yurgen Klopp Türkiyə millisinin üzvü Arda Gülər barədə mənfi mövqedədir.

News24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. İddialara əsasən, alman mütəxəssis “Real Madrid”də vəzifəyə gələcəyi təqdirdə Arda Güləri heyətdə görmək istəmir.

Kloppun gənc futbolçunun istedadını qəbul etsə də, onun oyununda sabitliyin olmamasından narazı olduğu bildirilir. Məşqçinin fikrincə, komandada daha strukturlaşdırılmış və stabil futbolçulara üstünlük verilməlidir.

İspaniyanın “El Nacional” nəşri yazır ki, Klopp Arda Gülərin performansının oyundan oyuna dəyişdiyini düşünür və bunun gələcəkdə həm meydanda, həm də soyunub-geyinmə otağında gərginlik yarada biləcəyinə inanır.