Arda Gülərlə bağlı şok qərar: "Bilbao" matçına start heyətində çıxmır?

Arda Gülərlə bağlı şok qərar: "Bilbao" matçına start heyətində çıxmır? İdman

La Liqanın 15-ci turunda "Real Madrid" səfərdə "Atletik Bilbao"nun qonağı olacaq.

News24.az xəbər verir ki, qarşılaşma öncəsi diqqət Arda Gülərin heyətdəki mövqeyinə yönəlsə də, onun matça əsas 11-likdə başlamayacağı bildirilib. Xabi Alonsonun Ardanı son oyunda fasilədə əvəz etməsi də bu ehtimalları gücləndirib. Məlumata görə, gənc futbolçu Bilbao qarşılaşmasına ehtiyat oyunçular sırasında başlayacaq.

Qeyd edək ki, “Real Madrid” hazırda 33 xalla turnir cədvəlinin ikinci pilləsindədir və lider “Barselona”dan cəmi 1 xal geri qalır. “Atletik Bilbao” isə 20 xalla səkkizinci yerdə qərarlaşıb.