“Arsenal” Kənan Yıldız üçün hərəkətə keçdi

“Arsenal” Kənan Yıldız üçün hərəkətə keçdi İdman

“Arsenal” Avropanın ən perspektivli gənc futbolçularından sayılan Kənan Yıldızın transferi üçün rəsmi prosesə başlayıb.

News24.az-ın məlumatına görə, London klubu futbolçunun maaş tələbləri və mümkün transfer şərtləri ilə bağlı dəqiqləşdirmə aparıb.

“Yuventus” isə Yıldızı komandada saxlamaq üçün yeni müqavilə üzərində danışıqlar aparır. Gənc oyunçunun illik 6–7 milyon avro maaş tələb etdiyi bildirilir. Klub Premyer Liqa klublarının marağı artmadan əvvəl oyunçu ilə razılığa gəlməyə çalışır.

Mikel Artetanın Kənan Yıldızı uzunmüddətli planlar üçün ideal profil kimi qiymətləndirdiyi və transfer yarışının ciddi rəqabət şəraitində keçəcəyi qeyd olunur.