"Arsenal" ulduzu ilə yeni müqavilə imzaladı

"Arsenal" ulduzu ilə yeni müqavilə imzaladı İdman

“Arsenal” müdafiəçisi Qabriel Maqalhaes ilə uzunmüddətli müqavilə imzalayıb.

News24.az xəbər verir ki, bu barədə londonluların mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmənin dəqiq müddəti açıqlanmayıb.

"Arsenal" fantastik klubdur və yeni müqavilə imzaladığım üçün çox qürur duyuram. Mən bu klubu sevirəm, azarkeşləri sevirəm, komanda yoldaşlarımı sevirəm, bu stadionu sevirəm. Çox qürur duyuram və dəstəyinizə görə təşəkkür edirəm. Gələcək üçün birlikdə işləməyə davam edəcəyik", - deyə Qabriel yeni anlaşma barədə bu sözləri deyib.

Maqalhaes 2020-ci ildən "topçular"da çıxış edir. Ötən mövsüm 27 yaşlı braziliyalı bütün turnirlərdə 42 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

\\\\publika.az