"Kəpəz" - "Qarabağ" oyununda azarkeş izdihamı olacaq
İdman
Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasına bütün biletlər satılıb.
News24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmada mövsümün tamaşaçı rekordu gözlənilir:
“Hazırda nə onlayn satış platformasında, nə də stadionun kassalarında bilet qalıb. Bu səbəbdən arenanın kassaları qarşıdakı günlərdə fəaliyyət göstərməyəcək”.
Qeyd edək ki, “Kəpəz” - “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.