“Atletiko Madrid” argentinalı hücumçusunun transfer qiymətini açıqladı
İdman
Barselona “Atletiko Madrid”in argentinalı hücumçusu Julian Alvarezi almaq istəyir.
News24.az xəbər verir ki, "Cadena Ser"in məlumatına görə, “Barselona” Julian Alvarez üçün 200 milyon avro qiymət təklifi verib, lakin “Atletiko” bu rəqəmi qəbul etməyib. Bu, Neymarın 2017-ci ildə "Paris San - Jermen"ə keçdiyi 222 milyon avrodan sonra ikinci ən yüksək transfer haqqıdır.
Kataloniya klubu Alvarezin enerjisi və texniki bacarıqlarını yüksək qiymətləndirir, amma “Atletiko” onu asanlıqla buraxmaq istəmir.
Bundan başqa, “Kamp Nou”dakı prezident seçkiləri və maliyyə qaydaları da transferi çətinləşdirir. Joan Laporta əvvəl yenidən seçilməli və klubun maliyyə vəziyyətini qaydaya salmalıdır ki, təklif rəsmi olaraq nəzərdən keçirilsin.