AVRO-2020 - TƏXİRƏ SALINDI

AVRO-2020 - TƏXİRƏ SALINDI İdman
Avropa Futbol Çempionatı koronavirusla bağlı yaranan vəziyyətə görə 2021-ci ilə təxirə salınıb.

News24.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının rəsmi saytında məlumat verilib.

Turnir 11 iyun - 11 iyul 2021-ci il tarixlərində keçiriləcək.

Qeyd edək ki, UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də keçiriləcəkdi.

1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçirilməsi planlaşdırılırdı.