"Ayaks"ın məşqçisi: “Qarabağ”a qarşı ikinci hissədə üstün oynadıq”

"Ayaks"ın məşqçisi: “Qarabağ”a qarşı ikinci hissədə üstün oynadıq” İdman

Niderlandın “Ayaks” komandasının baş məşqçisi səlahiyyətlərini icra edən Fred Qrim Bakıda “Qarabağ” üzərində 4:2 hesablı qələbəni şərh edib.

News24.az xəbər verir ki, o, matçın yüksək tempdə keçdiyini bildirib.

Qrim vurğulayıb ki, oyun həm “Ayaks”ın, həm də “Qarabağ”ın keyfiyyətli qolları ilə yadda qalıb:

“Fasilədən sonra daha üstün oynadıq. Hesabda geridə idik, lakin sonda qələbəni qazandıq”.

Mütəxəssis nəticədən razı olduğunu qeyd edib:

“Qarabağ” yaxşı futbol nümayiş etdirdi. Belə oyunlarda kiçik səhvlər belə matçın taleyini müəyyənləşdirə bilir”.