Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazandı
İdman
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
News24.az xəbər verir ki, təmsilçimiz birdən qaldırmada 180 kq, təkanla qaldırmada isə 211 kq nəticə göstərib.
Atletimiz birdən qaldırma ilə yanaşı, ümumi nəticəyə (391 kq) görə də gümüş medala sahib olub.
Beləliklə, Dadaş Dadaşbəyli yarışı iki gümüş medalla başa vurub.