Azərbaycan Basketbol Liqasında IX tura start veriləcək

Azərbaycan Basketbol Liqasında IX tura start veriləcək İdman

Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək.

News24.az-ın məlumatına görə, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.

"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

"Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.

Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.