Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlandı

Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlandı İdman

Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlanıb.

News24.az xəbər verir ki, turun qarşılaşmaları martın 12–15-i aralığında keçiriləcək.

Martın 12-də saat 19:00-da “Sumqayıt” komandası “Ordu”nu qəbul edəcək, eyni saatda “Naxçıvan” isə “Sərhədçi” ilə üz-üzə gələcək. Martın 13-də saat 15:00-da “Lənkəran” öz meydanında “Quba” ilə qarşılaşacaq.

Martın 14-də saat 14:00-da “Gəncə” – “Sabah”, saat 17:00-da isə “Abşeron” – “Neftçi” görüşü baş tutacaq. Turun son matçı martın 15-də saat 17:00-da “NTD” ilə “Şəki” komandaları arasında keçiriləcək