Azərbaycan futzal millisinin üzvü əməliyyat olundu
İdman
Azərbaycan futzal millisinin və "Araz-Naxçıvan" klubunun üzvü Mirzə Əmirov Bakıda cərrahiyyə əməliyyatı olunub.
Bu barədə News24.az-a Futzal Federasiyasından məlumat verilib.
Futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.
Bu gün xəstəxananı tərk edəcək M.Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.